- Transfer
- 13:27 28.05.2026
“Nyukasl”ın vingeri Antoni Qordon yaxın zamanda “Barselona”nın futbolçusu olacaq.
90deqiqe.Az-ın məlumatına görə, ingilis futbolçu tibbi müayinədən keçmək üçün bu gün Barselonaya gəlməlidir. Klub artıq futbolçu üçün otel bron edib, onun ətrafı isə yaşayış yeri axtarışı ilə məşğuldur.
Daha əvvəl tərəflərin transferi tam razılaşdırdığı bildirilmişdi.
Ötən mövsümdə 25 yaşlı Qordon bütün turnirlər nəzərə alınmaqla 46 oyunda meydana çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.
“Nyukasl”a transfer olunmazdan əvvəl Antoni Qordon “Preston” və “Everton” klublarında çıxış edib.