28 may 2026. Cümə axşamı

“Real” Enso Fernandes üçün danışıqlara hazırdır


  • Transfer
  • 12:44 28.05.2026
  • Oxunma sayı: 29
“Real” Enso Fernandes üçün danışıqlara hazırdır

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandesin transferində maraqlıdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “BBC” məlumat yayıb.

Bildirilir ki, Madrid klubu argentinalı futbolçu üçün “Çelsi”nin tələb etdiyi 120 milyon avronu, əgər satışlardan gəlir əldə etməsə, ödəmək niyyətində deyil.

“Real” transferdə öz futbolçularından birini də razılaşmaya daxil edə bilər. “Çelsi” isə Enso Fernandes qarşılığında Madrid klubunun yarımmüdafiəçisi Arda Gülərin transferini tələb edə bilər.

Enso Fernandes 2023-cü ildə “Benfika”dan “Çelsi”yə 121 milyon avro qarşılığında keçib. Onun London klubu ilə müqaviləsi 2032-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Cari mövsümdə yarımmüdafiəçi “Çelsi”nin heyətində 53 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə verib.







Transfer