- Transfer
- 13:34 28.05.2026
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “Milan”ın növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəbindən klubdan ayrılır.
90deqiqe.Az-ın “Tuttsport”a istinadən məlumatına görə, Madrid “Real”ı Modriçi geri qaytarmağı planlaşdırır, lakin futbolçu kimi deyil. Xorvat mütəxəssisə yeni baş məşqçinin məşqçi heyətində vəzifə təklif oluna bilər.
Digər variant isə onun klubun inzibati strukturunda çalışmasıdır.
Qeyd edək ki, Modriç 2012–2025-ci illər arasında Madrid klubunda çıxış edib. Ötən mövsümdə isə “Milan”ın heyətində A Seriyasında 34 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.