- Transfer
- 13:34 28.05.2026
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmonun klubdakı gələcəyi sual altındadır.
90deqiqe.Az-ın “Diario SPORT”a istinadən məlumatına görə, blauqrana”nın idman direktoru Deku futbolçunun agentləri ilə görüş keçirib. Görüşdə nələrin müzakirə olunduğu dəqiq bilinməsə də, əsas mövzunun məhz Olmo olduğu təsdiqlənir.
Eyni görüşdə Xulian Alvaresin “Barselona”ya transferində vasitəçi kimi çıxış edən Xuanma Lopes də iştirak edib.
Dani Olmo 2024-cü ildə “Leypsiq”dən “Barselona”ya 61 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir.
2025/26 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 49 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə verib.