28 may 2026. Cümə axşamı

Ruben Diaş “Mançester Siti”dən ayrılaraq “Real Madrid”ə keçə bilər


  • Transfer
  • 13:27 28.05.2026
  • Oxunma sayı: 32
Ruben Diaş “Mançester Siti”dən ayrılaraq “Real Madrid”ə keçə bilər

Portuqaliya milli komandasının və “Mançester Siti”nin mərkəz müdafiəçisi Ruben Diaş yay transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “El Debate” jurnalistləri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçu Madrid “Real”ına keçmək qərarına gəlib. İspaniya nəhəngi artıq portuqaliyalı futbolçunun agenti ilə danışıqlara başlayıb.

29 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsi 2029-cu il ortalarınadək qüvvədədir. Onun bazar dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

Ötən mövsümdə İngiltərə Premyer Liqasında Ruben Diaş 26 oyuna çıxıb, 2 qol vurub və 3 sarı vərəqə alıb.







Transfer