- Transfer
- 14:53 28.05.2026
“Liverpul”un sol müdafiəçisi Endryu Robertson karyerasını İngiltərə Premyer Liqasının digər klubu “Tottenhem”də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, London klubu uzun müddətdir şotlandiyalı futbolçu üçün əsas namizəd sayılırdı, lakin son anda “Yuventus” onun transferinə müdaxilə etməyə çalışıb.
32 yaşlı futbolçu “Yuventus”dan imtina edib, çünki artıq “Tottenhem”lə razılığa gəlib və verdiyi sözü pozmaq istəməyib.
Endryu Robertson “Liverpul”da 9 il çıxış edib. O, klubun heyətində bütün turnirlərdə ümumilikdə 378 matça çıxıb, iki dəfə İngiltərə çempionu olub və bir dəfə Çempionlar Liqasını qazanıb.
Qeyd edək ki, “Tottenhem” ötən mövsümü 17-ci pillədə başa vurub və Premyer Liqada yerini qoruyub.