- Transfer
- 15:02 28.05.2026
“Yuventus” klubu Duqlas Luizlə bağlı yekun qərarını verməlidir.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərədə “Nottingem Forest” və “Aston Villa” klublarında ikiqat icarə dönəmindən sonra Turin təmsilçisi yarımmüdafiəçini komandada saxlamaq və ya satışa çıxarmaq arasında seçim edəcək.
Komandanın baş məşqçisi Lusiano Spalletti 28 yaşlı braziliyalını heyətdə saxlamaq və ona mərkəz xəttində yeni şans vermək niyyətindədir. Təcrübəli mütəxəssis futbolçunun potensialını əvvəllər çalışdığı Kristian Pisarro və Stanislav Lobotka səviyyəsində qiymətləndirir.
Klubun idman direktoru Damyen Komolli isə Duqlas Luizi əvvəlki rəhbərliyin “ağır mirası” hesab edir. O, klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq və mümkün zərərlərin qarşısını almaq üçün futbolçunun satılmasının tərəfdarıdır.
“Aston Villa”nın yarımmüdafiəçini 25 milyon avroya birdəfəlik transfer etməsi isə demək olar ki, real görünmür.
Bundan əvvəl “qoca sinyora”nın sahibi Con Elkannın Komolli və Spalletti ilə gələcək əməkdaşlıq barədə müzakirələr aparacağı bildirilmişdi. Duqlas Luiz məsələsi onların fikir ayrılığının növbəti səbəbinə çevrilib.