- Transfer
- 22:17 28.05.2026
“Yuventus” klubu mərkəz hücumçusu axtarışını davam etdirir.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisinin diqqət mərkəzinə “Kristal Pelas”ın formasını geyinən Jan-Filipp Mateta düşüb.
Konfrans Liqasının finalında qələbə qolunun müəllifi olan fransalı futbolçu “Yuventus” tərəfindən Randal Kolo-Muaninin alternativi kimi qiymətləndirilir. Klub rəhbərliyi hər iki hücumçunun transferində maraqlıdır.
İtaliya klubu yaxın günlərdə transfer danışıqlarına başlamağı planlaşdırır. Mümkün keçidin dəyərinin 35 milyon avro olduğu bildirilir.
Fransalı futbolçu ötən mövsüm bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 16 qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Matetanın “Kristal Pelas”la müqaviləsinin müddəti bir ildən sonra başa çatacaq.