- Transfer
- 22:17 28.05.2026
"Milan"dan ayrılan çalışdırıcı Massimiliano Alleqri “Napoli”nin yeni baş məşqçisi olacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O sosial şəbəkə hesabında paylaşım edərək bunu qeyd edib:
“Alleqri “Napoli”nin yeni baş məşqçisidir! “Milan”ın sabiq çalışdırıcısı klubun təklif etdiyi bütün şərtləri qəbul edib və yaxın vaxtlarda müqaviləyə imza atacaq. Razılaşma tamamlanıb”.
58 yaşlı italiyalı mütəxəssis ötən mövsüm “Milan”a rəhbərlik edib. “Rossonerilər” uğursuz mövsüm keçirərək Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Alleqri daha əvvəl 2014-2019 və 2021-2024-cü illərdə “Napoli”nin əsas rəqiblərindən sayılan “Yuventus”u çalışdırıb.
Neapol təmsilçisi isə mövsümü 76 xalla ikinci pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə əldə edib. Komandanı Antonio Konte tərk edib.