1 oktyabr 2026. Cümə axşamı

Qordon “Barselona”ya keçidə yaxınlaşır


  • Transfer
  • 21:53 28.05.2026
  • Oxunma sayı: 153
Qordon “Barselona”ya keçidə yaxınlaşır

"Nyukasl"ın cinah oyunçusu Antoni Qordon “Barselona” üçün tibbi müayinədən keçib.

90deqiqe.Az-ın məlumatına görə, İspaniyanın “Sport” nəşri ingiltərəli futbolçunun müayinədən sonra klinikanı tərk etdiyi anların əks olunduğu videonu yayımlayıb.

Məlumata görə, 25 yaşlı futbolçu yaxın saatlarda “Barselona” ilə müqavilə imzalayacaq. Transferin rəsmi açıqlamasının qısa müddətdə veriləcəyi gözlənilir.

Bundan əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, “Barselona” Antoni Qordonun transferi üçün “Nyukasl” klubuna təxminən 80 milyon avro ödəyəcək.

Xatırladaq ki, “Barselona” ardıcıl ikinci dəfə İspaniya çempionu olub. Komandaya almaniyalı mütəxəssis Hans-Diter Flik rəhbərlik edir. O, yaxın zamanda klubla müqaviləsini uzadıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir