28 may 2026. Cümə axşamı

Bernardu Silva “Barselona”ya transferə yaxınlaşıb


  • Transfer
  • 22:17 28.05.2026
  • Oxunma sayı: 47
Bernardu Silva “Barselona”ya transferə yaxınlaşıb

Yarımmüdafiəçi Bernardu Silva “Mançester Siti”dən ayrıldıqdan sonra karyerasını yüksək səviyyədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, yaxın vaxtlarda portuqaliyalı futbolçu “Barselona” ilə müqavilə imzalayacaq.

31 yaşlı futbolçu “Barselona”ya transferə bir addım məsafədədir.Futbolçu ilə 2028-ci ilin ortalarınadək müqavilə bağlanacaq. Sazişdə əlavə bir mövsüm uzadılma imkanı da yer alacaq.

Bernarđu Silva “Barselona”ya azad agent statusunda keçəcək.

Portuqaliyalı yarımmüdafiəçi “Mançester Siti”də 9 illik çıxışdan sonra klubdan ayrılır.







Transfer