- Transfer
- 23:01 29.05.2026
“Zenit” və “Trabzonspor”un hücumçusu Felipi Auqusto tərəfi futbolçunun transferi üzrə danışıqların son mərhələsinə yaxınlaşıb.
90deqiqe.Az-ın “Legalbet"ə istinadən məlumatına görə, braziliyalı futbolçu Sankt-Peterburq təmsilçisi ilə 2031-ci ilə qədər nəzərdə tutulan beş illik müqavilə imzalaya bilər.
Məlumata görə, legioner yeni klubunda ildə 3 milyon avro gəlir əldə etməyi gözləyir (2,5 milyon sabit məvacib və 0,5 milyon avro əlavə ödənişlər). “Zenit” isə futbolçunun maliyyə tələblərini azaltmağa çalışır.
İlkin məlumatlara əsasən, Rusiya çempionu “Trabzonspor”a bu keçid üçün 17-18 milyon avro ödəməyə hazırdır.
Felipi Auqusto ötən il “Trabzonspor”a transfer olunub. O, geridə qalan mövsümdə 39 oyunda 15 qol vurub.