- Transfer
- 23:01 29.05.2026
Yarımmüdafiəçi Duqlas Luis mövsümün sonunda “Yuventus”a qayıdacaq.
90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, “Aston Villa” braziliyalı futbolçunun 25 milyon avroluq satınalma opsiyasını aktivləşdirməmək qərarına gəlib.
28 yaşlı futbolçu qış transfer pəncərəsində mövsümün sonuna qədər icarə əsasında yenidən Birmingem klubuna qayıtmışdı. Müqavilədə tam transfer imkanı nəzərdə tutulsa da, klub rəhbərliyi bu variantdan imtina edib.
Bununla da Duqlas Luisin “Yuventus”un düşərgəsinə qayıdacağı gözlənilir.
Futbolçu geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 21 oyuna çıxaraq 1 qol vurub. Avropa Liqasında isə 10 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.