- Transfer
- 23:23 29.05.2026
“Nyukasl”ın müdafiəçisi Kiran Trippier karyerasını “Vulverhempton”da davam etdirəcək.
90deqiqe.Az-ın “Sky Sports"a istinadən məlumatına görə, tərəflər artıq müqavilənin imzalanması barədə razılığa gəliblər.
35 yaşlı futbolçu yeni klubuna azad agent statusu ilə keçəcək. “Vulverhempton”la razılaşmanın müddətinin iki il olacağı bildirilir.
Trippierin “Nyukasl”la mövcud müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır və bundan sonra təcrübəli müdafiəçi kompensasiya ödənilmədən yeni komandaya qoşula biləcək.
Geridə qalan mövsümdə futbolçu bütün turnirlərdə 37 oyuna çıxaraq 4 məhsuldar ötürmə ilə yadda qalıb.