29 may 2026. Cümə

Bernardo Silva İspaniya nəhənglərinin radarında


  • Transfer
  • 22:28 29.05.2026
  • Oxunma sayı: 36
Bernardo Silva İspaniya nəhənglərinin radarında

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu həm Madrid “Atletiko”su, həm də “Barselona” ilə danışıqların irəliləmiş mərhələsindədir.

Silvanın İngiltərə klubunu bu yay müqaviləsinin başa çatmasından sonra tərk edəcəyi bildirilir. Lakin futbolçunun yeni klubu ilə bağlı yekun qərar hələ verilməyib. Hər iki İspaniya nəhəngi oyunçu və onun nümayəndələri ilə fəal danışıqları davam etdirir.

31 yaşlı futbolçu ötən mövsüm 53 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 27 milyon avro olaraq göstərilir.







Transfer