- Transfer
- 23:52 29.05.2026
"Benfika"nın çalışdırıcısı Joze Mourinyo yaxın vaxtlarda “Real Madrid”in yeni baş məşqçisi ola bilər.
90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, 63 yaşlı mütəxəssis artıq Madrid klubu ilə müqavilə imzalayıb. Razılaşma üç mövsümlükdür və 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq.
Bununla belə, qeyd olunur ki, Mourinyonun təyinatı rəsmi olaraq daha sonra – 7 iyunda keçiriləcək prezident seçkilərindən sonra elan ediləcək.
Qeyd edək ki, “Real Madrid”i 2025/2026 mövsümündə Xabi Alonso (yanvarın ortalarına qədər) və Alvaro Arbeloa çalışdırıb. Madrid klubu mövsümü heç bir titulla başa vurmayıb.