30 may 2026. Şənbə

“Tottenhem” “Milan”ın forvardını hədəfləyib


  • Transfer
  • 22:40 29.05.2026
  • Oxunma sayı: 33
“Tottenhem” “Milan”ın forvardını hədəfləyib

“Tottenhem” Meksika millisinin hücumçusu Santyago Ximenesin transferi ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə TUDN məlumat yayıb.

25 yaşlı forvard 2026-cı il dünya çempionatından sonra klubunu tərk edə bilər. Bildirilir ki, futbolçu hazırda İtaliya klubunda kifayət qədər oyun vaxtı almır və karyerasını yenidən düzgün istiqamətə qaytarmaq istəyir.

Mövcud forması nəzərə alındıqda, Ximenesin “Tottenhem”ə nisbətən ucuz qiymətə keçə biləcəyi istisna edilmir. Futbolçunun bazar dəyəri 18 milyon avro olaraq göstərilir.

Ximenes daha əvvəl Niderlandın “Feyenoord” klubunda çıxış edərək 105 matçda 65 qol vurmaqla diqqət çəkib. “Milan”da isə 37 oyunda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer