- Transfer
- 23:52 29.05.2026
“Liverpul” “Leypsiq”in vingeri Yan Diomandenin transferini tezliklə reallaşdırmağa çalışır.
90deqiqe.Az xəbər verir ki, 19 yaşlı futbolçu ilə PSJ və “Mançester Siti” də maraqlanır və artıq danışıqlar aparıblar. Bu səbəbdən “qırmızılar” transferi uzatmaq istəmir.
Kot-d'ivuarlı futbolçu “Liverpul”un əsas hədəflərindən biridir və klub onun keçidi üçün prosesi sürətləndirib.
Hazırda heç bir klub futbolçu ilə tam razılığa gələ bilməyib. “Leypsiq” isə oyunçunun müqaviləsini maaş artımı ilə uzatmağa hazırdır.
Transfermarkt portalının qiymətləndirməsinə əsasən, gənc ulduzun dəyəri 90 milyon avro təşkil edir.