30 may 2026. Şənbə

Qarnaço ilə iki ingilis klubu maraqlanır


  • Transfer
  • 23:15 29.05.2026
  • Oxunma sayı: 36
Qarnaço ilə iki ingilis klubu maraqlanır

“Çelsi”nin vingeri Alexandro Qarnaço İngiltərə Premyer Liqasının digər klublarının maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “MatchDay Central"a istinadən məlumatına görə, 21 yaşlı futbolçunun transferi ilə “Sanderlend” və “Tottenhem” maraqlanır. Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayıblar.

Mümkün transferin reallaşma ehtimalı hazırda aşağı qiymətləndirilir. Buna səbəb “Çelsi”nin argentinalı futbolçu üçün təxminən 70 milyon funt sterlinq (təxminən 81 milyon avro) tələb etməsidir.

Qeyd edək ki, “Çelsi” ötən ilin avqustunda Qarnaçonu “Mançester Yunayted”dən 46 milyon avroya transfer etmişdi. Futbolçu geridə qalan mövsümdə 43 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer