30 may 2026. Şənbə

PSJ Konate üçün hərəkətə keçdi


  • Transfer
  • 23:23 29.05.2026
  • Oxunma sayı: 35
PSJ Konate üçün hərəkətə keçdi

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate İngiltərə klubundan ayrılmağa yaxınlaşdığı bir vaxtda Fransa Liqa 1-də çıxış edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 27 yaşlı futbolçunun transferi ilə PSJ maraqlanır. Paris təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Konatenin bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Futbolçunun “Liverpul”la mövcud müqaviləsi gələn yay başa çatır. O, 2021-ci ilin yayından etibarən Mersisayd klubunun şərəfini qoruyur.

İngiltərə Premyer Liqasının ötən mövsümündə müdafiəçi 36 oyunda meydana çıxıb, 1 qol vurub və 7 sarı vərəqə alıb.







Transfer