- Transfer
- 23:52 29.05.2026
“Barselona” “Nyukasl”ın cinah hücumçusu Antoni Qordonun transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı vingerlə imzalanan müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
Kataloniya klubunun paylaşımında “Yeni güc ritmimizə qoşulur” sözləri qeyd olunub.
“Nyukasl”ın rəhbərliyi və Səudiyyə Ərəbistanı sahibləri transfer üçün Kataloniya klubunun 70 milyon avro sabit məbləğ və əlavə bonuslardan ibarət təklifini qəbul ediblər. Razılaşmanın ümumi dəyəri 80 milyon avronu ötür.
Qordon bu mövsüm “Nyukasl”ın heyətində bütün turnirlərdə 46 oyuna çıxaraq 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun bazar dəyəri 60 milyon avro olaraq göstərilir.