30 may 2026. Şənbə

“Arsenal” Alvares üçün 100 milyon avroluq təklif hazırladı


  • Transfer
  • 23:52 29.05.2026
  • Oxunma sayı: 31
“Arsenal” Alvares üçün 100 milyon avroluq təklif hazırladı

“Arsenal” klubunun “Atletiko”nun hücumçusu Xulian Alvares üçün nə qədər təklif etdiyi məlum olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə argentinalı futbol şərhçisi Veronika Brunati sosial şəbəkədə məlumat yayıb.

Bildirilir ki, “topçular” argentinalı forvard üçün 100 milyon avro və bir futbolçu təklif ediblər.

Daha əvvəl “PSJ”nin daha yüksək məbləğ – 120 milyon avro və öz heyətindən iki oyunçu qarşılığında transferə hazır olduğu barədə məlumat yayılmışdı. Bu iddia Brunati tərəfindən də təsdiqlənib.

Jurnalistin sözlərinə görə, Alvares yaxın günlərdə gələcəyi ilə bağlı heç bir açıqlama verməyi planlaşdırmır.







Transfer