14 iyul 2026. Çərşənbə axşamı

“Yuventus” “Liverpul”un qapıçısı ilə maraqlanır


  • Transfer
  • 19:49 30.05.2026
  • Oxunma sayı: 87
“Yuventus” “Liverpul”un qapıçısı ilə maraqlanır

İtaliyanın “Yuventus” klubu İngiltərənin “Liverpul” komandasının qapıçısı Giorgi Mamardaşvilini transfer etməkdə maraqlıdır.

90deqiqe.Az xəbər verir ki, Turin təmsilçisi daha əvvəl də “Liverpul”da çıxış edən Alisson Bekeri heyətinə qatmağa çalışıb, lakin “qırmızılar” braziliyalı qolkiperin transferinə razılıq verməyib.

“Qoca sinyora” indi Mamardaşvili ilə bağlı keçid variantını nəzərdən keçirir və söhbət icarə müqaviləsindən gedir.

Gürcüstanlı qapıçının əsas istəyi müntəzəm oyun təcrübəsi qazanmaqdır və bu səbəbdən İtaliyaya keçid variantına müsbət yanaşa bilər.

Son günlərdə 25 yaşlı qolkiperin xidmətlərinin A seriyasının üç klubuna – “Yuventus”, “İnter” və “Fiorentina”ya təklif olunduğu barədə məlumatlar yayılıb.







Transfer

Hazard doğma klubuna qayıtdı
  • Transfer
  • 23:20 13.07.2026
Hazard doğma klubuna qayıtdı