- Transfer
- 20:29 30.05.2026
İngiltərənin “Mançester Siti” klubunun mərkəz müdafiəçisi Natan Ake yay transfer pəncərəsində “Bornmut”a geri dönə bilər.
90deqiqe.Az-ın “TEAMtalk "a istinadən məlumatına görə, “albalılar” klubdan azad agent kimi ayrılacaq Markos Senesinin yerinə futbolçu axtarır və əsas namizədlərdən biri məhz Ake hesab olunur.
Niderlandlı futbolçu ilə bağlı əsas variantlardan biri “Bornmut”dur. Onun “Mançester Siti” ilə müqaviləsinin başa çatmasına bir il qalır və klub rəhbərliyi təklifləri dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, Natan Ake 2020-ci ildə məhz “Bornmut”dan “Mançester Siti”yə transfer olunmuşdu. Həmin vaxt keçidin dəyəri 45 milyon avrodan çox olmuşdu.
Hazırda 31 yaşlı müdafiəçinin bazar dəyəri tanınmış “Transfermarkt” portalı tərəfindən 15 milyon avro civarında qiymətləndirilir.