30 may 2026. Şənbə

“Arsenal”ı “Komo”ya dəyişə bilər


  • Transfer
  • 19:57 30.05.2026
  • Oxunma sayı: 36
“Arsenal”ı “Komo”ya dəyişə bilər

“Arsenal” klubunun hücumameyilli yarımmüdafiəçisi İtan Nvaneri İtaliyanın “Komo” klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “TEAMtalk "a istinadən məlumatına görə,“topçular” 19 yaşlı futbolçunun gələcəyi ilə bağlı hələlik yekun qərar verməyiblər.  

“Komo”nun baş məşqçisi Sesk Fabreqas ingilis futbolçunu komandasına cəlb etmək istəyir və bu transfer üçün fəal şəkildə çalışır.

Eyni zamanda, Premyer Liqa klublarının da perspektivli yarımmüdafiəçi ilə maraqlandığı və İtaliya təmsilçisinin rəqabətlə üzləşə biləcəyi bildirilir.

Nvaneri ötən mövsümün ikinci yarısını icarə əsasında “Marsel”də keçirib.

İtan Nvanerinin “Arsenal”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Futbolçunun bazar dəyəri “Transfermarkt” portalı tərəfindən 40 milyon avro olaraq qiymətləndirilir.







Transfer