- Transfer
- 20:29 30.05.2026
İspaniyanın “Betis” klubunun vingeri Abde Ezalzulini İngiltərənin “Nyukasl” klubunun diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın “TEAMtalk "a istinadən məlumatına görə, “sağsağanlar” 24 yaşlı futbolçunu Antoni Qordonun əvəzləyicisi kimi əsas namizədlərdən biri hesab edirlər.
Mərakeşli futbolçunun müqaviləsində 60 milyon avro məbləğində sərbəstqalma bəndi yer alır. Bununla belə, “Betis”in öz ulduzunu daha aşağı qiymətə də sata biləcəyi istisna edilmir.
Ezalzulini 2023-cü ildən Sevilya təmsilçisinin heyətində çıxış edir. O, karyerasına başladığı “Barselona”dan məhz həmin il transfer olunub.
Geridə qalan mövsümdə futbolçu bütün turnirlərdə 43 oyuna çıxaraq 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun bazar dəyəri “Transfermarkt” portalına əsasən 30 milyon avro olaraq qiymətləndirilir. Qordon 80 milyon avro qarşılığında “Barselona”ya transfer olunub.