- Transfer
- 20:29 30.05.2026
İtaliyanın “Atalanta” klubunun müdafiəçisi Marko Palestra İngiltərə Premyer Liqasına keçə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O 21 yaşlı futbolçunun transferində “Mançester Siti” klubu maraqlı olduğunu və “şəhərlilər”in rəhbərliyi Berqamo təmsilçisi ilə mümkün keçidlə bağlı danışıqlar apardığını qeyd edib.
İtaliya klubu gənc futbolçunun satışından təxminən 70 milyon avro gəlir əldə etmək istəyir.
Qeyd edək ki, Palestra ötən mövsümü icarə əsasında “Kalyari”də keçirib. O, 37 oyunda meydana çıxaraq 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun bazar dəyəri “Transfermarkt” portalı tərəfindən 35 milyon avro olaraq qiymətləndirilir.