- Transfer
- 21:38 30.05.2026
“Real” klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa İtaliyanın “Yuventus” klubunun transfer hədəfinə çevrilib.
90deqiqe.Az-ın “Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisi artıq fransalı futbolçu ilə bağlı sorğu göndərib. Məlumata görə, Kamavinqa daha müntəzəm oyun təcrübəsi qazanmaq üçün klubunu dəyişməyə müsbət yanaşa bilər.
“Qoca sinyora” yarımmüdafiəçinin icarə əsasında transferini və sonradan satınalma opsiyasını nəzərdən keçirir.
“Transfermarkt” portalının qiymətləndirməsinə görə, 23 yaşlı futbolçunun bazar dəyəri 50 milyon avrodur.
Onun “Real Madrid”lə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.
Geridə qalan mövsümdə Kamavinqa Madrid klubunun heyətində 43 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.