- Transfer
- 21:38 30.05.2026
“Mançester Yunayted”in hücumçusu Markus Reşford Türkiyənin “Qalatasaray” klubuna keçə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O İstanbul təmsilçisinin ötən mövsümü icarə əsasında “Barselona”da keçirən Reşfordu transfer siyahısına daxil etdiyini və artıq futbolçunun agenti ilə ilkin danışıqlara başladığını da qeyd edib.
Futbolçunun əsas prioriteti isə “Barselona”da qalmaqdır, lakin Kataloniya klubu hələ onun transfer hüququnun alınması ilə bağlı yekun qərar verməyib. “Göy-qırmızılar”ın 15 iyunadək 30 milyon avro qarşılığında satınalma opsiyasını aktivləşdirmək imkanı var.
Geridə qalan mövsümdə Reşford “Barselona”nın heyətində 49 oyuna çıxaraq 14 qol vurub və 14 məhsuldar ötürmə edib.