30 may 2026. Şənbə

“Liverpul” van de Veni transfer etmək istəyir


  • Transfer
  • 22:49 30.05.2026
  • Oxunma sayı: 31
“Liverpul” van de Veni transfer etmək istəyir

“Tottenhem”in mərkəz müdafiəçisi Mikki van de Ven karyerasını “Liverpul”da davam etdirə bilər.

 90deqiqe.Az xəbər verir ki, bu barədə "SportsBoom" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Arne Slotun gedişindən sonra Mersisayd təmsilçisi niderlandlı futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirir. Klub rəhbərliyi van de Veni yaxın zamanda komandadan ayrılması gözlənilən İbraima Konatenin əvəzləyicisi kimi görür.

Bildirilir ki, futbolçunun özü də Çempionlar Liqasında çıxış etmək və İngiltərə Premyer Liqasında yüksək hədəflər uğrunda mübarizə aparmaq perspektivinə müsbət yanaşır.

25 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə ümumilikdə 45 oyuna çıxıb. O, bu matçlarda 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının məlumatına görə, van de Venin bazar dəyəri 65 milyon avro təşkil edir.







Transfer