- Transfer
- 23:00 30.05.2026
Portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva karyerasını yalnız “Barselona”da davam etdirmək istəyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Times Sport" məlumat yayıb.
Mənbənin iddiasına görə, Madridin “Atletiko” klubu və Portuqaliyanın “Benfika” komandası 31 yaşlı futbolçuya rəsmi təklif göndərib. Lakin “Mançester Siti”dən ayrılmağa hazırlaşan Silvanın əsas prioriteti dəyişməyib.
Bildirilir ki, təcrübəli yarımmüdafiəçi yalnız “Barselona”ya keçmək niyyətindədir və hazırda ən real variant da məhz Kataloniya təmsilçisidir.
Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən 2026-cı ilədək “Mançester Siti”nin formasını geyinib.
O, ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.