1 iyun 2026. Bazar ertəsi

“Milan”ın baş məşqçi postuna namizədlər arasında Arne Slot da var


  • Transfer
  • 22:40 31.05.2026
  • Oxunma sayı: 24
“Milan”ın baş məşqçi postuna namizədlər arasında Arne Slot da var

İtaliyanın “Milan” klubu baş məşqçi postu üçün gözlənilməz variantlardan birini nəzərdən keçirir.

90deqiqe.Az-ın “pianetamilan.it"ə istinadən məlumatına görə, yaxın günlərdə “Liverpul”dan ayrılan Arne Slot İtaliya təmsilçisinin diqqət mərkəzinə düşüb.

Mənbənin iddiasına əsasən, niderlandlı mütəxəssis hazırda bu vəzifəyə əsas dörd namizəddən biridir. Digər namizədlər Oliver Qlasner, Maurisio Poçettino və Matias Yayssledir.

Əgər “Milan” rəhbərliyi Slotun üzərində dayansa, o zaman mütəxəssis klubun hücumçusu Santyaqo Ximeneslə yenidən bir araya gələcək. Tərəflər daha əvvəl Niderlandın “Feyenoord” klubunda uğurlu əməkdaşlıq ediblər.

Qeyd edək ki, “Milan” ötən mövsüm A Seriyasını beşinci pillədə başa vurub. Bu nəticədən sonra klub rəhbərliyi Massimiliano Alleqri ilə yollarını ayırmaq qərarına gəlib.







Transfer