- Transfer
- 23:53 31.05.2026
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını “Barselona”da davam etdirmək niyyətindən geri çəkilmir.
90deqiqe.Az-ın “All About Argentina"ya istinadən məlumatına görə, Kataloniya klubu argentinalı futbolçu üçün yeni transfer təklifi ilə qayıtmağa hazırlaşır. La Liqa çempionu artıq futbolçunun özü ilə razılığa gəlib.
Alvares “Atletiko”da çıxış etdiyi müddətdə 106 oyuna çıxaraq 49 qol vurub və 17 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, 26 yaşlı futbolçunun bazar dəyəri 90 milyon avrodur.
Bununla belə, “Atletiko”nun argentinalı hücumçu üçün daha yüksək məbləğ tələb edəcəyi gözlənilir.