1 iyun 2026. Bazar ertəsi

“Arsenal” “Atalanta”nın qapıçısı ilə maraqlanır


  • Transfer
  • 23:06 31.05.2026
  • Oxunma sayı: 25
“Arsenal” “Atalanta”nın qapıçısı ilə maraqlanır

“Atalanta”nın qapıçısı Marko Karnesekki karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Tutto Atalanta"ya istinadən məlumatına görə, “Arsenal” yay transfer pəncərəsində italiyalı qolkiperin transferini nəzərdən keçirir. Bildirilir ki, “Atalanta” 25 yaşlı futbolçu üçün ən azı 40 milyon avro tələb edəcək və London klubu bu şərtlərlə razılaşmalı olacaq.

Qeyd edək ki, Karnesekki ötən mövsüm bütün turnirlərdə 50 oyuna çıxaraq 56 qol buraxıb və 17 matçda qapısını toxunulmaz saxlayıb.

Onun “Atalanta” ilə mövcud müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.







Transfer