1 iyun 2026. Bazar ertəsi

Florian Virts “Çelsi”yə keçməyəcək


  • Transfer
  • 23:11 31.05.2026
  • Oxunma sayı: 35
Florian Virts “Çelsi”yə keçməyəcək

“Liverpul”un hücumameyilli yarımmüdafiəçisi Florian Virts “Çelsi” klubuna transfer olunmayacaq.

90deqiqe.Az-ın “TEAMtalk "a istinadən məlumatına görə, Xabi Alonso “Bayer Leverkuzen”də birlikdə çalışdıqları dövrdən 23 yaşlı futbolçunun böyük pərəstişkarıdır və onun transferini istəyir. London klubu almaniyalı futbolçunun agenti ilə danışıqlara aparsa da hazırda bu keçidin reallaşmayacağı bəlli olub.

Lakin “Liverpul” cəmi bir il əvvəl 125 milyon avroya transfer etdiyi futbolçunu satmaq niyyətində deyil.

Qeyd edək ki, Virts ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxaraq 7 qol vurub və 10 məhsuldar ötürmə edib.

Onun “Liverpul”la müqaviləsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.







Transfer