- Transfer
- 23:53 31.05.2026
İngiltərənin “Nyukasl Yunayted” klubu “Lill”ib hücumçusu Matthias Fernandes-Pardo ilə maraqlanır.
90deqiqe.Az-ın “inews.co.uk"a istinadən məlumatına görə, “sağsağanlar” futbolçunu daha əvvəl “Barselona”ya keçmiş Entoni Qordonun əvəzləyicisi kimi görürlər.
21 yaşlı hücumçu ilə “Mançester Yunayted”, “Mançester Siti”, Dortmund “Borussiya”sı və “Barselona” da maraqlanır.
Qeyd edək ki,Belçika millisininü zvü karyerası ərzində “Anderlext”, “Mexelen”, “Lill” və “Genk” klublarında çıxış edib. O, 2024-cü ilin yayından “Lill”in əsas komandasında oynayır.
Geridə qalan mövsümdə futbolçu 41 oyunda meydana çıxaraq 8 qol vurub və 7 məhsuldar ötürmə edib.