- Transfer
- 23:53 31.05.2026
“Portu”nun qapıçısı Dioqu Koşta Fransa təmsilçisi PSJ-nin maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
Parislilər 26 yaşlı qolkiperin transferini Luka Şevalyenin mümkün gedişi halında əsas variantlardan biri kimi nəzərdən keçirirlər. Fransalı qapıçının komandadakı mövqeyindən narazı olduğu və yaxın transfer pəncərəsində klubu tərk edə biləcəyi bildirilir.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısında PSJ-nin əsas qapıçısı Matvey Safonov olub və o, Şevalyeni əsas heyətdən sıxışdırıb.
Dioqu Koşta “Portu”nun yetirməsidir. O, ötən mövsüm Portuqaliya çempionatında 33 oyuna çıxaraq 15 qol buraxıb və 21 matçda qapısını toxunulmaz saxlayıb.
Futbolçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.