1 iyun 2026. Bazar ertəsi

“Barselona” “Kruzeyro”nun müdafiəçisi ilə maraqlanır


  • Transfer
  • 23:39 31.05.2026
  • Oxunma sayı: 39
“Barselona” “Kruzeyro”nun müdafiəçisi ilə maraqlanır

"Kruzeyro”nun sol cinah müdafiəçisi Kayki Bruno İspaniyanın “Barselona” klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi sol cinah müdafiəçisinin transferini nəzərdən keçirir. La Liqa çempionu artıq 23 yaşlı futolçunun agenti ilə danışıqlara başlayıb.

Futbolçunun xidmətində Braziliyanın “Flamenqo” və İspaniyanın “Betis” klubları da maraqlıdır.

“Kruzeyro” futbolçu üçün 15 milyon avrodan başlayan qiymət müəyyənləşdirib. Bildirilir ki, “Betis” oyunçunu heyətinə qatmaqda daha çox israrlıdır, lakin klubun Avropa İttifaqına daxil olmayan futbolçuların kvotası ilə bağlı problemi həll etməsi lazımdır.

Qeyd edək ki, Bruno 2026-cı ildə bütün turnirlərdə 31 oyuna çıxaraq 4 məhsuldar ötürmə edib.







Transfer