- Transfer
- 23:53 31.05.2026
PSJ-nin müdafiəçisi İlya Zabarni karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın “FootMercato"ya istinadən məlumatına görə, ukraynalı futbolçunun transferində “Çelsi” klubu maraqlıdır. Zabarni PSJ-də əsas heyətin daimi üzvü deyil və “Çelsi” bu amildən yararlanaraq transferi həyata keçirməyi planlaşdırır.
Hazırda “mavilər” müdafiəçi üçün rəsmi təklif göndərməyib, lakin yaxın aylarda vəziyyətin dəyişə biləcəyi bildirilir.
Qeyd edək ki, İlya Zabarni 2025-ci ildə 63 milyon avro qarşılığında “Bornmut”dan PSJ-yə transfer olunub. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Futbolçu 2025/2026 mövsümündə PSJ-nin heyətində 37 oyuna çıxaraq 1 qol vurub. “Transfermarkt” portalı onun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.