1 iyun 2026. Bazar ertəsi

“Barselona” Xuan Virxilinin geri qaytarılmasını nəzərdən keçirir


  • Transfer
  • 23:53 31.05.2026
  • Oxunma sayı: 33
“Barselona” Xuan Virxilinin geri qaytarılmasını nəzərdən keçirir

“Mayorka”nın cinah hücumçusu Xuan Virxili yenidən “Barselona”ya qayıda bilər.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi 19 yaşlı futbolçunu 7,2 milyon avro qarşılığında geri alma opsiyasını aktivləşdirməyi düşünür. La Liqa nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb və ilkin razılığa gəlib.

“Mayorka”nın La Liqadan düşməsindən sonra Virxilinin müqaviləsindəki sərbəstqalma məbləği 30 milyon avrodan 12 milyon avroya enib ki, bu da geri alış dəyərini azaldıb.

Bildirilir ki, “Barselona” futbolçunu gələcəkdə daha yüksək qiymətə satmaq və ya başqa transfer sövdələşməsinə daxil etmək niyyətindədir.

Qeyd edək ki, ötən mövsüm cinah oyunçusu bütün turnirlərdə 34 oyuna çıxaraq 2 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer