1 iyun 2026. Bazar ertəsi

David Alaba “İnter”ə keçməyəcək


  • Transfer
  • 21:56 01.06.2026
  • Oxunma sayı: 33
David Alaba “İnter”ə keçməyəcək

"Real”la müqaviləsi başa çatan avstriyalı müdafiəçisi David Alaba “İnter” klubuna transfer olunmayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Milan təmsilçisinin rəhbərliyi 33 yaşlı futbolçu ilə müqavilə imzalamaqdan imtina edib. Həmçinin “İnter”in “Mançester Yunayted”dən Harri Maquayrın transferi uğrunda da mübarizə aparmayacağı bildirilir.

Qeyd olunur ki, Milan klubu bu qərarı futbolçuların yaş faktoru və yüksək maliyyə tələbləri səbəbindən verib.

Xatırladaq ki, “İnter” ötən mövsüm A Seriyasının qalibi olub və İtaliya Kubokunu da qazanıb.







Transfer