2 iyun 2026. Çərşənbə axşamı

“Arsenal” dörd mövqeni gücləndirməyi hədəfləyir


  • Transfer
  • 22:45 01.06.2026
  • Oxunma sayı: 42
“Arsenal” dörd mövqeni gücləndirməyi hədəfləyir

“Arsenal” klubu 2004-cü ildən sonra ilk dəfə İngiltərə çempionu olub və Çempionlar Liqasının finalına yüksəlib.

90deqiqe.Az-ın “Daily Mail"ə istinadən məlumatına görə, Mikel Artetanın rəhbərlik etdiyi komanda uğurlu mövsüm keçirsə də, “kanonirlər” yay transfer pəncərəsində heyəti gücləndirməyi planlaşdırır.

London təmsilçisinin əsas hədəfləri dörd mövqeni əhatə edir: sol cinah hücumçusu, mərkəz hücumçusu, sağ cinah müdafiəçisi və yarımmüdafiəçi.

Bildirilir ki, “Arsenal” hücum xəttini gücləndirmək üçün “Mançester Yunayted”in futbolçusu Markus Reşfordu transfer etməyi nəzərdən keçirir. İngiltərəli hücumçu “Barselona”da qalmaq istəyir, lakin katalon klubunun onun transferini tam şəkildə reallaşdırması çətin görünür.

Qeyd olunur ki, “kanonirlər” yalnız transfer qiyməti əlverişli olacağı halda Reşfordun keçidini həyata keçirə bilər.







Transfer