- Transfer
- 23:56 01.06.2026
“Barselona” İspaniyanın “Rasinq Santander” klubunun mərkəz müdafiəçisi Xorxe Salinasın transferi ilə maraqlanır.
90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi ikinci liqada — Sequndada diqqətçəkən çıxış edən gənc futbolçunu yaxından izləyir. İspaniya nəhəngi 19 yaşlı futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Bildirilir ki, Salinas ötən mövsümdə 32 oyunda meydana çıxıb və komandasının La Liqaya yüksəlməsində mühüm rol oynayıb. “Barselona”nın skaut xidməti müdafiəçi barədə müsbət rəylər toplayıb.
Lakin mümkün transfer klubun daxili kadr planlamasından və transfer bazarındakı digər amillərdən asılı olacaq.
Qeyd edək ki, Xorxe Salinasın “Rasinq”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir və onun müqaviləsində təxminən 10 milyon avro dəyərində sərbəstqalma maddəsi yer alır.