1 oktyabr 2026. Cümə axşamı

İnyesta məşqçilik karyerasına başladı


  • Transfer
  • 22:53 01.06.2026
  • Oxunma sayı: 179
İnyesta məşqçilik karyerasına başladı

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Andres İnyesta məşqçilik karyerasına start verib.

90deqiqe.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Qalf Yunayted” klubu baş məşqçi vəzifəsini 42 yaşlı mütəxəssisə həvalə edib.

İnyesta artıq A kateqoriyalı məşqçilik lisenziyasına sahibdir. O, bundan sonra təcrübə toplayaraq ən yüksək səviyyəli — Pro kateqoriyalı lisenziyanın əldə olunması istiqamətində çalışacaq.

Qeyd edək ki, “Qalf Yunayted” klubu 2019-cu ildə təsis olunub və hazırda BƏƏ-nin ikinci liqasında çıxış edir. Klubun yaydığı açıqlamada bildirilib ki, İnyesta ilə əməkdaşlıq uzunmüddətli layihənin bir hissəsidir.

Xatırladaq ki, Andres İnyesta futbolçu kimi əsasən “Barselona”dakı çıxışı ilə tanınıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir