2 iyun 2026. Çərşənbə axşamı

“Real Madrid”in transfer siyahısında bir neçə ulduz futbolçu yer alıb


  • Transfer
  • 23:01 01.06.2026
  • Oxunma sayı: 24
“Real Madrid”in transfer siyahısında bir neçə ulduz futbolçu yer alıb

İspaniyanın “AS” nəşri “Real” ilə əlaqələndirilən futbolçular barədə material yayımlayıb.

90deqiqe.Az xəbər verir ki, siyahıya Rodri, Bernardo Silva, Yosko Qvardiol, Enzo Fernandes, Vitinya və Joao Neves kimi futbolçular daxildir.

Materialda xüsusilə vurğulanır ki, Enzo Fernandes “Çelsi”dən “Real Madrid”ə keçidi reallaşdırmaq üçün səylərini artırıb. Argentinalı yarımmüdafiəçinin Madrid klubuna transferi ilə bağlı iddialar uzun müddətdir gündəmdədir.

Qeyd olunur ki, mümkün transfer yüksək məbləğlə yadda qala bilər. “Transfermarkt”ın məlumatına əsasən, futbolçunun bazar dəyəri 90 milyon avro təşkil edir. Onun “Çelsi” ilə müqaviləsi isə 2032-ci ilin ortalarınadək qüvvədədir.

Xatırladaq ki, Enzo Fernandes 2025/2026 mövsümündə 54 oyunda meydana çıxıb və 15 qol vurub.







Transfer