2 iyun 2026. Çərşənbə axşamı

Qvardiola “İnter Mayami”nin təklifini rədd etdi


  • Transfer
  • 23:37 01.06.2026
  • Oxunma sayı: 40
Qvardiola “İnter Mayami”nin təklifini rədd etdi

“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola yaxın vaxtlarda klub futboluna qayıtmağı planlaşdırmır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Bildirilib ki, “İnter Mayami” klubunun həmsahibi Devid Bekhem 55 yaşlı mütəxəssisi Xavyer Maskeranonun komandadan ayrılmasından sonra baş məşqçi vəzifəsinə gətirmək istəyib.

Klub rəhbərliyi 2026-cı ildə Şimali Amerikada keçirilən dünya çempionatı zamanı ispan mütəxəssislə mümkün əməkdaşlığı müzakirə etməyi planlaşdırıb.

Mənbənin məlumatına görə, Qvardiola bu təkliflə bağlı danışıqlarda maraqlı deyil. Təcrübəli çalışdırıcı “Mançester Siti”dəki on illik fəaliyyətini başa vurduqdan sonra karyerasında uzunmüddətli fasilə götürmək və vaxtını ailəsinə həsr etmək niyyətindədir.

Həmçinin qeyd olunur ki, mütəxəssis istirahət dövründə futboldan tamamilə uzaq qalmağa üstünlük verdiyi üçün dünya çempionatının oyunlarını da izləməyi planlaşdırmır.







Transfer