2 iyun 2026. Çərşənbə axşamı

“Barselona”nın Reşford planı pozula bilər


  • Transfer
  • 23:43 01.06.2026
  • Oxunma sayı: 37
“Barselona”nın Reşford planı pozula bilər

“Barselona”nın “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu heyətinə qatmaq cəhdi gözlənilməz maneə ilə üzləşib.

90deqiqe.Az xəbər verir ki, Antoni Qordonun transferini başa çatdıran Kataloniya təmsilçisi diqqətini ingiltərəli futbolçunun keçidinə yönəltsə də, tərəflər arasında aparılan danışıqlar hələ də nəticə verməyib.

 “Barselona” Reşfordun transfer hüququna iyunun 15-dək sahib olsa da, klub rəhbərliyi mövcud şərtlərə yenidən baxılmasını istəyir. Kataloniyalılar transfer məbləğinin aşağı salınmasına və ya futbolçunun yenidən icarə əsasında komandaya cəlb olunmasına çalışırlar.

Bu mövqe “Mançester Yunayted” rəhbərliyinin narazılığı ilə qarşılanıb. Klubun danışıqları dayandıraraq futbolçunu başqa komandaya satmaq ehtimalını nəzərdən keçirdiyi bildirilir.

Reşford ətrafında yaranmış qeyri-müəyyən vəziyyət digər klubların da diqqətini cəlb edib. Belə ki, “Nyukasl”ın futbolçunun durumunu yaxından izlədiyi və onun transfer bazarına çıxarılacağı təqdirdə rəsmi təklif hazırladığı qeyd olunur.

Qeyd edək ki, Markus Reşford ötən mövsüm bütün turnirlərdə keçirdiyi 49 oyunda 14 qola imza atıb və 14 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer