3 iyun 2026. Çərşənbə

Alvaro Morata İspaniyaya qayıdır


  • Transfer
  • 23:00 02.06.2026
  • Oxunma sayı: 42
Alvaro Morata İspaniyaya qayıdır

“Qalatasaray”dan ayrıldıqdan sonra İtaliya təmsilçisi “Komo”ya keçən Alvaro Morata burada gözlədiyini tapa bilməyib və yeni komandaya transfer olunmağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, ispan hücumçu iki ildən sonra yenidən vətəninə qayıtmağa yaxındır.

 Təcrübəli forvardla “Xetafe” maraqlanır və tərəflər arasında artıq rəsmi təmaslar başlayıb.

Transfer baş tutacağı təqdirdə, Morata iki illik fasilədən sonra yenidən İspaniyada çıxış edəcək.

33 yaşlı futbolçu 2024/2025 mövsümündən əvvəl Madrid “Atletiko”sundan “Milan”a transfer olunmuşdu.

Morata futbol karyerasının ilk illərində bir mövsüm “Xetafe”nin aşağı yaş qruplarında çıxış etdikdən sonra 2008-ci ildə Madrid “Real”ının akademiyasına qoşulmuşdu.

Qeyd edək ki, “Qalatasaray”la icarə müqaviləsinə xitam verəndən sonra “Komo”nun formasını geyinən Morata İtaliya klubunda arzuladığı oyun vaxtını əldə edə bilməyib. O, A Seriyası və İtaliya Kuboku çərçivəsində ümumilikdə 30 matçda meydana çıxsa da, cəmi 998 dəqiqə oynayıb.







Transfer