- Transfer
- 23:47 02.06.2026
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, fransalı futbolçunun xidmətində “Yuventus” maraqlıdır. Turin təmsilçisi hücumçunun transferini bu yay reallaşdırmağı planlaşdırır.
Jan-Filipp Mateta 2022-ci ildə Almaniyanın “Maynts” klubundan 11 milyon avro qarşılığında “Kristal Pelas”a keçib. Onun London təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
Hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə 50 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 16 qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.