3 iyun 2026. Çərşənbə

“Atletiko” Alvaresi “Barselona”ya yox, bu kluba satmağa hazırdır


  • Transfer
  • 23:05 02.06.2026
  • Oxunma sayı: 32
“Atletiko” Alvaresi “Barselona”ya yox, bu kluba satmağa hazırdır

“Atletiko” klubu hücumçusu Xulian Alvaresi satmaq niyyətində deyil.

90deqiqe.Az-ın “ El Desmarque"yə istinadən məlumatına görə,  futbolçu müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, paytaxt təmsilçisi onu “Barselona”ya deyil, Fransanın “PSJ” klubuna göndərməyə üstünlük verəcək.

Məlumata görə, “Atletiko”nun “PSJ” ilə münasibətləri yüksək səviyyədədir və bu səbəbdən klub argentinalı hücumçunun transferində Paris təmsilçisinə üstünlük verir.

Bildirilib ki, Fransa nəhəngi Alvaresin keçidi üçün 175 milyon avro ödəməyə hazır olduğunu Madrid klubuna çatdırıb.

Digər tərəfdən, “Barselona” futbolçunun Kataloniya təmsilçisinin formasını geyinmək istəyindən yararlanaraq transferi reallaşdırmağa çalışır.







Transfer